
Danışılmış oyun şübhəsi olan daha bir matç aşkarlanıb.
Apasport.az saytının məlumatına görə, nəticəsi şübhələrə əsas verən qarşılaşma Mərakeş çempionatında keçirilib.
İki gün əvvəl baş tutan “Maqreb Fes” – “Renessans Berkan” görüşü 0:0 hesabı ilə başa çatıb. Bukmeker kontorlarında oyuna çoxsaylı mərclər qəbul olunub.
Betterlərin məhz dəqiq hesaba mərc etməsi şübhələrə yol açıb. Bir çox proqnozsevər Mərakeşdəki görüşün elə 0:0 hesabı ilə bitəcəyini öncədən təxmin edib. Həm matçdan əvvəl, həm də oyunun gedişində bu varianta qoyuluşlara axın müşahidə olunub.
Qeyd edək ki, 10 turdan sonra “Maqreb Fes” 8-ci, “Renessans Berkan” 12-ci sırada qərarlaşıb.