Diniyev “sarı” aldı, komandası son dəqiqədə üzüldü
20.12.2023 - 22:38

Azərbaycanlı futbolçu Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, “Umraniyəspor” 16-cı turda səfərdə “Ərzurumspor”un qonağı olub.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Coşqunun komandası son dəqiqədə buraxılan qolla xal itirib. 90 dəqiqə meydanda olan Diniyev 87-ci dəqiqədə sarı vərəqə cəzalandırılıb.
Qeyd edək ki, “Umraniyəspor” 16 oyundan sonra 19 xal toplayıb. Komanda 10-cu pillədə qərarlaşıb.
0
0