Kataloniyada 8 qol vuruldu
18.02.2023 - 01:59

İspaniya LaLiqasının XXII turunun açılış matçında qapılara 8 qol vurulub.
Apasport.az xəbər verir ki, bu, Kataloniyada keçirilmiş "Jirona" – "Almeria" oyununda baş verib.
Görüş meydan sahibi komandanın 6:2 hesablı qələbəsi ilə başa çatıb. İlk hissəsi 4:0 nəticələnən görüşdə ukraynalı Viktor Sıqankov 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Jirona" 27 xalla 11-ci sıradadır.
0
0