“Milan” “Betis”in futbolçusuna 2 milyon təklif edir
07.12.2023 - 21:48

“Milan” “Betis”in müdafiəçisi Xuan Mirandanı transfer edəcək.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, “rossonyerlər” 23 yaşlı futbolçunun özü ilə 5 illik müqavilənin şərtlərini razılaşdırıb.
Qış “transfer pəncərəsi”ndə futbolçunun transferi üçün 2 milyon avro təklif olunacaq.
“Barselona” və “Şalke”də oynamış ispaniyalı futbolçu 2020-ci ildə “Betis”ə keçib.
0
0