“Monako”nu lider edən qələbə
03.09.2023 - 01:09

“Monako” Fransa çempionatının vahid lideri olub.
Apasport.az-ın məlumatına görə, komanda “Lans”ı məğlub etdikdən sonra buna nail olub.
Knyazlıq klubu öz meydanında “Lans”a 3:0 hesabı ilə qalib gəlib. Qonaq komanda isə qələbə üzünə həsrət qalıb. Onun hesabında cəmi bir xal var.
Günün digər qarşılaşmasında qapılara qol vurulmayıb.
Fransa 1-ci Liqası
4-cü tur
2 sentyabr
“Brest” – “Renn” – 0:0
“Monako” – “Lans” – 3:0
0
0