Mourinyu qovuldu, "Roma" uduzdu
28.02.2023 - 23:36

"Roma" İtaliya çempionatının XXIV turunda gözlənilməz məğlubiyyətlə üzləşib.
Apasport.az xəbər verir ki, Juze Mourinyunun yetirmələri səfərdə bu oyunadək autsayder olan "Kremoneze"yə 1:2 uduzub. Bu matçın 46-cı dəqiqəsində "Roma"nın baş məşqçisi birbaşa qırmızı vərəqə alaraq texniki zonadan qovulub.
Qeyd edək ki, "Roma" 44 xalla 5-ci, "Kremoneze" 12 xalla 19-cudur.
0
0