"Napoli"nin 8 oyunluq qələbə seriyası qırıldı
04.03.2023 - 01:49

İtaliya çempionatının XXV turunun açılış matçında sensasiya qeydə alınıb.
Apasport.az xəbər verir ki, lider "Napoli" öz meydanında "Latsyo"ya 0:1 uduzub. Bununla da Neapol təmsilçisinin Seriya A-da ardıcıl 8 oyunluq qələbə seriyası qırılıb.
Almaniya Bundesliqasının XXIII turunun açılış matçında "Borusiya" Dortmundda "Leypsiq"ə 2:1 qalib gəlib. Bununla da "Borusiya" yenidən turnir cədvəlində liderliyi ələ keçirib.
Fransa çempionatının XXVI turunun açılış matçında isə "Nis" – "Oser" matçı heç-heçə ilə başa çatıb – 1:1.
0
0