PSJ 90+1 qolu ilə qalib gəldi
12.03.2023 - 01:57

Fransa çempionatında XXVII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu həftə UEFA Çempionlar Liqası ilə vidalaşmış PSJ səfərdə "Brest"in qonağı olub.
Görüş Paris təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolunu Kilian Mbappe 90+1-ci dəqiqədə vurub.
Qeyd edək ki, PSJ 66 xalla turnir cədvəlinə başçılıq edir. Onlar ən yaxın izləyicisi "Marsel"i 11 xal qabaqlayır.
0
0