"Qalatasaray"dan darmadağın
15.04.2023 - 00:15

Türkiyə Super Liqasında XXIX tura start verilib.
Apasport.az xəbər verir ki, turun açılış oyununda "Antalyaspor" "Alanyaspor"u 3:1, lider "Qalatasaray" isə "Kayserispor"u 6:0 məğlub edib.
"Qalatasaray"ın oyununda Mauro İkardi bu matçda het-trik edib və 1 məhsuldar ötürmə müəllifi olub. Argentinalı hücumçu 45+12-ci dəqiqədə penaltidən yararlana bilməyib və yalnız qayıdan topu qola çevirib.
Qeyd edək ki, "Qalatasaray" 66 xalla turnir cədvəlinə rəhbərlik edir.
0
0