"Qalatasaray"ı "Trabzonspor" da dayandıra bilmədi
05.02.2023 - 22:38

"Qalatasaray"ın rəsmi oyunlarda qələbə seriyası 15-ə çatıb.
Apasport.az xəbər verir ki, "CimBom" buna Türkiyə Super Liqasının XXIII turunun "Trabzonspor"la matçında nail olub.
"Qalatasaray" bu matçda 2:1 qalib gəlməklə həm liderliyini möhkəmlədib, həm də qələbə seriyasını uzadıb.
0
0