Təbriz klubu ikinci pilləyə yüksəldi
07.12.2023 - 22:30

İran çempionatında 12-ci turun oyunları keçirilir. Apasport.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” səfərdə "Gol Gohar"la qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.
Oyunda yeganə qolu 43-cü dəqiqədə Qustavo vurub.
Bu nəticədən sonra Təbriz klubu xallarını 21-ə çatdırıb və 2-ci pilləyə yüksəlib. Lider "İstiqlal"ın isə 23 xalı var.
0
0