“Yuventus”dan darmadağın
02.02.2025 - 19:59

İtaliya A Seriyasında XXIII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün "Yuventus" doğma meydanda "Empoli"ni qəbul edib.
Qarşılaşma Turin təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 40-a yüksəldən "Yuventus" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 21 xalı olan "Empoli" isə 17-ci yerdədir.
İtaliya A Seriyası
XXIII tur
15:30. "Yuventus" - "Empoli" - 4:1
0
0