
İndoneziyada keçirilən şahmat üzrə beynəlxalq turnirə yekun vurulub.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Eltac Səfərli yarışın qalibi olub.
Qrossmeysterimiz Bandunq şəhərində təşkil olunan 11 turdan ibarət dairəvi sistemlə keçirilən yarışda bütün rəqiblərini qabaqlayıb.
Eltac son turda indoneziyalı Azaryu Setyakini məğlub edib. O, bununla da xallarının sayını 8,5-ə çatdırıb.
Səfərli ən yaxın izləyicisini 1 xal qabaqlamağa nail olub. Turnirə məğlubiyyətlə başlayan şahmatçımız sonrakı 10 görüşdə 7 qələbə və 3 heç-heçəyə imza atıb.
Qeyd edək ki, yarışda Hindistan, Avstraliya, Monqolustan, Filippin və Cənubi Koreya şahmatçıları da iştirak edib.