Sinqapurda növbəti heç-heçə
12.12.2024 - 00:19

Sinqapurda Şahmat Tacı uğrunda yarış sona yaxınlaşır.
Apasport.az xəbər verir ki, dünya çempionu Dinq Liren (Çin) və namizədlər turnirinin qalibi Qukeş Dommarajunun (Hindistan) mübarizəsi davam edir.
Onlar 13-cü partiyada üz-üzə gəliblər. Tərəflər 69-cu gedişdə sülhə razı olublar. Sona bir tur qalmış ümumi nəticədəki heç-heçəni dəyişmək mümkün olmayıb - 6,5:6,5.
Qeyd edək ki, sabah mübarizədə sonuncu tur keçiriləcək. Qalib müəyyən olunmayacağı təqdirdə şahmatçılar tay-breykdə qüvvələrini sınayacaqlar.
0
0