50 oyun, 35 qol
04.09.2023 - 16:28

Robert Levandovski "Barselona"nın heyətində yubiley matçını keçirib.
Apasport.az saytı xəbər verir ki, polşalı hücumçu buna La Liqanın IV turunun "Osasuna" ilə matçında nail olub.
"Barselona"nın 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşma Levandovskinin 50-ci görüşünə təsadüf edib. 2022-ci ildə “Bavariya”dan transfer edilən Polşa millisinin kapitanı "Barselona"nın forması ilə keçirdiyi bu matçlarda 35 qol vurub.
Qeyd edək ki, 35 yaşlı Levandovskinin ispanlarla müqaviləsi 2026-cı ilin yayına qədərdir.
0
0