A seriyası tarixində 3-cü
13.02.2023 - 12:10

“Napoli” A seriyasının XXII turunda “Kremoneze”yə 3:0 hesabı ilə qalib gəlib.
Apasport.az saytının məlumatına görə, bununla da Luçano Spallettinin yetirmələri xal hesabını 59-a çatdırıb.
22 oyunda bu qədər xal toplamaq yarışın tarixində 3-cü nəticədir. Yalnız “İnter”lə “Yuventus” daha yaxşı göstəriciyə malik olub.
Milanlılar 2006/07, Turin təmsilçisi isə 2018/19 mövsümündə fərqlənib. Hər iki komanda 22 turda 60 xal yığıb. Onların hər ikisi sonda çempion adını qazanıb.
Qeyd edək ki, “Napoli” 19 qələbə qazanıb, 2 heç-heçə edib və yalnız 1 dəfə uduzub.
0
0