DÇ-1986-dan sonra ilk
25.11.2022 - 09:28

Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinin I turu başa çatıb.
Apasport.az saytının məlumatına görə, baş tutan 16 oyunun heç birində qırmızı vərəqə alan olmayıb.
Bu, 1986-cı ildə Meksikadakı mundialdan sonra ilk belə haldır. Həmin vaxt dünya çempionatının ilk raundu 12 matçdan ibarət olub.
Qeyd edək ki, DÇ-2022-də bu gün A və B qruplarındakı oyunlarla II tura start veriləcək.
0
0