DÇ-2022: Tarixin üçüncüsü
19.12.2022 - 09:45

DÇ-2022-nin oyunlarındakı ümumi tamaşaçı sayı bəlli olub.
Apasport.az saytının məlumatına görə, Qətərdəki mundialın 64 oyununu ümumilikdə 3 milyon 404 min 252 seyrçi izləyib.
Bu, dünya çempionatları tarixində 3-cü göstəricidir. Yalnız ABŞ-1994 (3 milyon 568 min 567) və Braziliya-2014-də (3 milyon 441 min 450) daha yüksək göstərici qeydə alınıb.
Qeyd edək ki, Qətərdəki mundial Argentina çempion olub. Fransa ikinci, Xorvatiya üçüncü yeri tutub.
0
0