De Bröyne üçün 97-ci assist
22.01.2023 - 20:39

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyne "Vulverhempton"la (3:0) görüşdə Erlinq Holan üçün ilk qolun məhsuldar ötürməsini verib.
Apasport.az xəbər verir ki, Premyer Liqada belçikalı üçün bu, 97-ci assist olub.
Bu göstərici ilə De Bröyne turnir tarixinin ən yaxşıları siyahısında 5-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Premyer Liqada ən çox assist Frenk Lempard (102), Veyn Runi (103), Sesk Fabreqas (111) və Rayan Qiqzə (162) məxsusdur.
0
0