“Mançester Siti” Qvardiola ilə 1000-ə çatdı
04.05.2023 - 10:58

Pep Qvardiola “Mançester Siti”yə növbəti uğurunu qazandırıb.
Apasport.az saytı xəbər verir ki, 52 yaşlı mütəxəssisin rəhbərliyi altında 404 matça çıxan komanda rəqib qapılarına 1000-ci qolunu vurub.
2016-cı ildən “şəhərlilər”in sükanı arxasında olan ispan mütəxəssis Mançester təmsilçisi ilə 4 Premyer Liqa çempionluğu qazanıb.
Bu mövsüm isə topladığı 79 xalla turnir cədvəlinin zirvəsində yer alan “Mançester Siti” ardıcıl 3-cü dəfə çempion ola bilər.
Qeyd edək ki, komanda Premyer Liqanın XXVIII turunun təxirə salınmış oyununda “Vest Hem”i 3:0 hesabı ilə məğlub edib.
- Metin Öztürk: “Düzgün bir idarəetmə seçsəydilər, belə hallar yaşanmazdı”
- Rasim Ramaldanov: "Bu gün Estoniyanı mütləq xalsız evə yola salmalıyıq" - Müsahibə
- "Qarabağ"ın maraq dairəsində olan polşalı Bakıya gələcək
- “Sevilya”da qala bilmədi, şəhərin digər klubuna keçdi
- “Qarabağ”dan ayrıldı, müqaviləyə hazırlaşır
0
0