“Mançester Siti” uğurlu seriyaya davam
12.04.2023 - 11:21

“Mançester Siti” qələbə seriyasını davam etdirib.
Apasport.az saytı xəbər verir ki, İngiltərə təmsilçisi Çempionlar Liqasının ilk 1/4 final oyununda "Bavariya"nı 3:0 hesabı ilə məğlub etməklə, ardıcıl 9-cu dəfə meydandan qalib ayrılıb.
“Mançester Siti”nin bu oyunlardakı 34 dəfə fərqlənib, 3 dəfə qapısında qol görüb. Komanda, həmçinin 25 oyundur evdə keçirdiyi görüşlərdə məğlub olmayıb. Bu, ingilis klubları arasında yeni rekorddur.
Qeyd edək ki, “şəhərlilər” növbəti oyununu aprelin 15-də Premyer Liqada “Lester”ə qarşı keçirəcək.
0
0