
Kriştiano Ronaldo karyerasında 9-cu pokerə imza atıb.
Apasport.az saytının məlumatına görə, 38 yaşlı hücumçu “Əl-Nəsr”in heyətində ilk belə məhsuldar oyununu keçirib.
Portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı çempionatının “Əl-Vəhdə” ilə görüşündə 4 qola imza atıb. O, altı dəfə “Real”da, iki dəfə Portuqaliya millisində, bir dəfə “Əl-Nəsr”də poker müəllifi olub.
XXI əsrin ən yaxşı futbolçusu adı uğrunda Ronaldonun əsas rəqibi sayılan Lionel Messi isə ondan geri qalır. Argentinalı 6 dəfə poker müəllifi olub. O, yalnız “Barselona”da bunu bacarıb.
Hər iki ulduzun aktivində 2 penta-trik də var. Ronaldo “Real”da, Messi “Barselona” və yığmada bunu gerçəkləşdirib.
Qeyd edək ki, Kriştiano 11, Lionel 8 oyunda ən azı 4 qol vurub.