
Neymar Braziliya millisində yeni rekord müəyyənləşdirib.
Apasport.az saytı xəbər verir ki, kapitan DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Boliviyaya 5:1 hesabı ilə qalib gəldikləri oyunda buna nail olub.
31 yaşlı forvard “pentakampeonlar”ın heyətində növbəti dublunu etməklə qollarının sayını 79-a çatdırıb. O, bununla da hesabında 77 qol olan əfsanəvi Peleni qabaqlayıb və Braziliya millisinin ən sərrast futbolçusu adını yiyələnib.
Onun matçda hətta het-trik etmək şansı olsa da, penaltini dəqiq yerinə yetirə bilməyib.
Qeyd edək ki, Neymar Braziliya yığmasında 125, Pele isə 91 oyun keçirib.