Pepe dünya futbol tarixinə düşdü
06.12.2022 - 23:52

Portuqaliya millisinin müdafiəçisi Pepe dünya çempionatının 1/8 final mərhələsində İsveçrə ilə qarşılaşmada qol vurmaqla tarixə düşüb.
Apasport.az xəbər verir ki, bununla da əslən Braziliyadan olan mərkəz müdafiəçisi dünya çempionatının pley-off mərhələsində qol vuran ən yaşlı oyunçu ünvanına sahib çıxıb.
O hazırda 39 yaş 9 aylıqdır.
Pepe, həmçinin bu qolla 37 yaşlı Kriştianu Ronaldonu da geridə qoyaraq Portuqaliyanın dünya çempionatı tarixində qol vuran ən yaşlı futbolçusu olub.
0
0