Premyer Liqada yeni rekord
17.09.2022 - 21:19

“Mançester Siti” Premyer Liqanın VIII turunda “Vulverhempton”la qarşılaşıb.
Apasport.az saytının məlumatına görə, “şəhərlilər” bu matçda 3:0 hesabı ilə qalib gəlib.
Cek Qriliş və Fil Fodenin də qol vurduğu görüşdə Erlinq Haland da fərqlənib. Norveçli bu qolla Premyer Liqa tarixinə düşüb. O, çempionatdakı ilk 4 səfər matçında qol vuran yeganə oyunçu olub.
Qeyd edək ki, Haland bu yay Dortmund “Borussiya”sından transfer olunub.
0
0