
“Real”ın İspaniya Kral Kubokunda “Barselona”ya qarşı uğursuz seriyası davam edir.
Apasport.az saytı xəbər verir ki, Madrid klubu 1970-ci ildən bəri Kral Kubokunda Kataloniya təmsilçisinə “Santyaqo Bernabeu”da qalib gələ bilmir.
53 il öncə 1/4 finalda rəqibini məğlub edən “Real” bir gün öncə növbəti kubok oyununda da üzülüb – 0:1.
Bu hesab həm də “qalaktikos”un bu mövsüm doğma divarlar arasında ilk məğlubiyyəti olub. Komanda davam edən mövsümdə 11 qələbə qazanıb, 3 heç-heçə edib.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk qarşılaşmasında uduzan “Real” cavab matçına aprelin 5-də çıxacaq.