Avropa çempionu pəncərədən yıxılaraq öldü
13.04.2023 - 15:05

18 yaşlı italiyalı voleybolçu Culia İtuma bədbəxt hadisə nəticəsində vəfat edib.
Apasport.az saytı xəbər verir ki, hadisə Çempionlar Liqasının “Eczacıbaşı” (Türkiyə) – “Novaro” (İtaliya) görüşündən sonra (3:2) yaşanıb.
Matçın ardından qaldığı otelə yollanan İtuma burada qaldığı 6-cı mərtəbənin pəncərəsindən yıxılaraq vəfat edib. Gənc voleybolçunun ölüm səbəbi ilə bağlı istintaqa başlanılıb.
Qeyd edək ki, “Eczacıbaşı” ilə matçda forma geyinən Culia İtaliya voleybolunun gənc istedadlarından sayılırdı. O, U-19 yığması ilə Avropa çempionatının qalibi olub.
0
0