Azərbaycanlı hakimə yeni təyinat
14.12.2023 - 11:51

Beynəlxalq dərəcəli hakimimiz Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Ağayev bu gün CEV kubokunda 1/8 final mərhələsinin matçını idarə edəcək. O, kişi voleybolçulardan ibarət Türkiyənin “Arkas İzmir” və Çexiyanın “CEZ KARLOVARSKO” klublarının qarşılaşmasında birinci hakim olacaq.
0
0