
Beynəlxalq dərəcəli hakimlərimiz Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıblar.
Apasport.az xəbər verir ki, həmyerlimiz Zaur Hacıyev Çağırış kubokunda 1/4 final mərhələsinin matçını idarə edəcək.
O, qadın voleybolçulardan ibarət Türkiyənin “Nilüfer Belediye Bursa” və Rumıniyanın “C.S.M. LUGOJ” klublarının qarşılaşmasında ikinci hakim olacaq. İlk oyunda “Nilüfer Belediye Bursa” komandası səfərdə 3:1 hesabı ilə qalib gəlib.
Beynəlxalq dərəcəli hakimimiz Fuad Ağayev isə CEV kubokunda pley-off mərhələsinin oyununu idarə edəcək.
O, kişi voleybolçulardan ibarət Türkiyənin “Fenerbahçe PRL İSTANBUL” və Ukraynanın “SC Prometey DNIPRO” klublarının cavab matçında ikinci hakim olacaq. İlk qarşılaşmada Ukrayna təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, hər iki oyun bu gün baş tutacaq.