Azərbaycanlı voleybolçu Rumıniya Superkubokunu qazandı
24.10.2022 - 12:51

Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Rumıniya Superkubokunu qazanıb.
Apasport.az saytı xəbər verir ki, o, bu uğura şərəfini qoruduğu “CSM Lugoj” komandasında imza atıb.
Final matçında “CSO Voluntari” ilə üz-üzə gələn “CSM Lugoj” 3:0 hesablı (25:21, 25:23, 25:22) qələbə qazanıb. Bununla da voleybolçumuzun komandası Rumıniya Superkubokuna sahib çıxıb.
Qeyd edək ki, bu, “CSM Lugoj”un qazandığı ilk kubokdur.
0
0