
Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III turun oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.
“Milli Aviasiya Akademiyası” - “Abşeron” görüşü saat 15:00-da start götürəcək.
İki saat sonra "Murov Az Terminal” “Gəncə” ilə, UNEC "Azərreyl"lə üz-üzə gələcək.
Qeyd edək ki, iki turdan sonra "Abşeron" 6 xalla liderdir. İkinci sıradakı "Azərreyl"in 5, üçüncü pillədəki "Murov Az Terminal"ın 4 xalı var. "Milli Aviasiya Akademiyası" 2 xalla dördüncü, "Gəncə" 1 xalla beşinci yerdədir. Xalı olmayan UNEC sonuncu pillədə qərarlaşıb.