
Rusiya Qadınlar Voleybol Liqası komandalarından “Dinamo Moskva” təcrübəli voleybolçu ilə müqavilə yeniləyib.
Apasport.az xəbər verir ki, məşhur voleybolçu Nataliya Qonçarova növbəti 1 ili də paytaxt təmsilçisində keçirəcək.
Nataliya 2008-ci ildən “Dinamo”nun formasını geyinir. Növbəti mövsüm onun üçün 17-ci olacaq. O, komandası ilə 6 dəfə Rusiya liqası və kubokunun qalibi olub.
Beləliklə, xarici gözəlliyi ilə azarkeşlərin sevimlisinə çevrilən Nataliya daha 1 il Moskva təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Qonçarova 2010-cu il Dünya Çempionatında da qızıl medala yiyələnib.