Çimərlik voleybol yığmalarımız Antalyaya yollanıblar
29.04.2024 - 17:17

Azərbaycanın çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət U-18 yığma komandaları Türkiyədə təlim-məşq toplanışı keçəcək.
Apasport.az xəbər verir ki, komandalarımız bu məqsədlə bu gün Antalyaya yola düşüblər.
Mayın 12-dək davam edəcək təlim-məşq toplanışı zamanı voleybolçularımız burada yoxlama oyunlarında qüvvələrini sınayacaq və “Sportbeach” turnirində də iştirak edəcəklər.
0
0