Gənc voleybolçular üçün Litva sınağı
11.12.2023 - 23:10

20 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Voleybol Zona Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, gələn il yanvarın 3-7-də Litvanın Şaulyay şəhərində təşkil olunacaq yarışda Azərbaycan millisi də iştirak edəcək.
Çempionatda ev sahibləri və yığmamızla yanaşı, Latviya, Ukrayna, Estoniya və Polşa da mübarizə aparacaq.
Qeyd edək ki, AVRO-2024-ə seçmə xarakteri daşıyan turnirin reqlamentinə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
0
0