"Gəncə" - UNEC oyununun yeri dəyişdirildi
12.01.2024 - 14:08

Qadın voleybolçular arasında Azərbaycan çempionatı davam edir.
Apasport. az xəbər verir ki, birinciliyin daha bir qarşılaşmasının vaxtı və yeri bəlli olub.
İdman.biz xəbər verir ki, yüksək Liqanın 8-ci turunun “Gəncə” - UNEC matçı yanvarın 13-nə təyin olunub. Görüş Gəncədə deyil, Tovuz Olimpiya İdman Kompleksində oynanılacaq.
Qeyd edək ki, mübarizəyə saat 16:00-da start veriləcək.
0
0