“Milli Aviasiya Akademiyası” liderə qarşı
21.02.2024 - 11:33

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatının 14-cü tur çərçivəsində daha bir oyun keçiriləcək.
Apasport.az xəbər verir ki, turun son qarşılaşması GİN-nin Voleybol Mərkəzində keçiriləcək.
“Milli Aviasiya Akademiyası” və “Azərreyl” arasında baş tutacaq bu oyun saat 18:00-da başlayacaq.
Qeyd edək ki, turun digər 2 oyunu dünən keçirilib.
21 fevral
Yüksək Liqa (qadınlar)
18:00. “Milli Aviasiya Akademiyası” - “Azərreyl” (GİN-nin Voleybol Mərkəzi)
0
0