Milli komandalarımız Qızıl Avropa Liqasında mübarizəyə başlayır
17.05.2024 - 10:16

Bu gün Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayacaq.
Apasport.az xəbər verir ki, kişilərdən ibarət yığma Bakıda Rumıniyanı qəbul edəcək. Görüş saat 18:00-da start götürəcək.
Qadınlar isə Xorvatiyadakı turnirdə meydan sahibləri ilə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
0
0