Paris-2024: İtaliya qələbə ilə başladı
28.07.2024 - 13:23

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları çərçivəsində qadınlar arasında ilk voleybol matçı oynanıb.
Apasport.az xəbər verir ki, görüşdə İtaliya və Dominikan Respublikası milliləri üz-üzə gəlib.
"South Park Arena"da baş tutan qarşılaşma İtaliyanın 3:1 (25-19; 24-26; 25:21; 25-18) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, matçın ən məshuldar oyunçusu 25 xalla İtaliya millisinin üzvü Paola Eqonu olub.
0
0