Paris-2024: Türkiyə yarımfinalda İtaliyaya məğlub olub
08.08.2024 - 23:33

Paris Yay Olimpiya Oyunlarında mübarizə aparan voleybol üzrə Türkiyə milli komandası bu gün yarımfinal matçına çıxıb.
Apasport.az xəbər verir ki, bu mərhələdə onların rəqibi güclü İtaliya millisi olub.
Görüşü 0:3 (22:25, 19:25, 22:25) hesabı ilə məğlub bitirən "filenin sultanları" qızıl medal şansını itirib.
Türkiyə bürünc medal uğrunda Braziliya yığması ilə qarşılaşacaq.
0
0