Voleybol komandamız "Moskva yay oyunları"nın qalibi olub
18.08.2024 - 21:52

"Kooperativ idmanın inkişafı Assosiasiyalarının Moskva yay oyunlarının" voleybol yarışlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, yarışların finalında ölkəmizi təmsil Fövqəladə Hallar Nazirliyinin komandası ilə Rusiyanın "Elektroprofsoyuz" kollektivi üz-üzə gəlib.
Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1.
Beləliklə, Fövqəladə Hallar Nazirliyinin komandası voleybol yarışlarının kuboku və qızıl medallarını qazanıb.
0
0