Voleybolçularımız Gürcüstana yollanıb
05.08.2024 - 23:23

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstana təlim-məşqə yollanıb.
Apasport.az xəbər verir ki, yığmamız Gürcüstanda Avropa çempionatının təsnifat mərhələsinə hazırlaşacaq.
Fərid Cəlalovun yetirmələrinin Tbilisidəki toplanışı avqustun 11-də yekunlaşacaq.
Qeyd edək ki, hazırlıq çərçivəsində komandamızın Gürcüstan yığması ilə bir neçə yoxlama matçı keçirməsi nəzərdə tutulub.
0
0