
“Xarı Bülbül Şuşa” klubunun “Çelenc kuboku”ndakı növbəti oyunlarının vaxtı dəqiqləşib.
Apasport.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyası bu barədə açıqlama yayıb.
Şuşa təmsilçisi 1/16 finalda Yunanıstanın “Panathinaikos” komandası ilə qarşılaşacaq. Cütün ilk matçı noyabrın 21-də Bakıda GİN-nin Voleybol Mərkəzində keçiriləcək. Görüş saat 19:00-da start götürəcək.
Komandalar arasında ikinci oyun isə noyabrın 29-da olacaq. “Xarı Bülbül Şuşa” səfərdəki cavab matçına Bakı vaxtı ilə saat 20:00-də çıxacaq.
Qeyd edək ki, təmsilçimiz ilk raundda Slovakiyanın “TJ Spartak Miyava” klubunu mübarizədən kənarlaşdırıb.