Yeniyetmə voleybolçularımız Türkiyədə hazırlıq keçəcək
14.07.2024 - 21:29

16 yaşadək voldeybolçu qızlardan ibarət yığmamız Türkiyədə təlim-məşq toplanışı keçəcək.
Apasport.az xəbər verir ki, millimiz bu gün Ankara şəhərinə yola düşüb.
Hazırlıq Türkiyə yığması ilə birlikdə təşkil olunub. İyulun 18-ə kimi davam edəcək təlim-məşq toplanışında komandalar arasında yoxlama oyunları da təşkil olunacaq.
Yeniyetmə və gənc qızlardan ibarət milli komandanın baş məşqçisi Şahin Çatmaheyətdə 16 voleybolçuya yer verib.
0
0