1 il 253 gün və ya dekadada ilk
12.09.2022 - 09:28

Rober Levandovski onillikdə 100-cü qolunu vurub.
Apasport.az saytının məlumatına görə, “Barselona”nın polşalı hücumçusu “Kadis”lə La Liqa matçına fərqlənib.
O, komandasının 4:0 hesablı qələbəsində pay sahibi olub. Bununla da Robert XXI əsrin ikinci dekadasındakı qol sayını üçrəqəmliyə çatdırıb.
O, buna nail olan ilk futbolçudur. Bunun üçün Levandovskiyə 1 il 253 gün lazım olub.
Qeyd edək ki, əsrin ilk onilliyində isveçli Henrik Larsen (1 il 360 gün), ikinci dekadasında Lionel Messi (1 il 123 gün) “100”ə hamıdan tez çatıb.
0
0