1 milyard avroluq futbolçu
28.11.2022 - 15:40

“Barselona” müdafiəçisi Alexandro Balde ilə yeni müqavilə imzalamaq ərəfəsindədir.
Apasport.az saytının məlumatına görə, kataloniyalılar artıq yeni sazişin şərtlərini hazırlayır.
Plana əsasən, 19 yaşlı sol cinah oyunçusu ilə 5 illik anlaşma olmalıdır. Müqavilədə sərbəst qalma bəndi isə 1 milyard avro göstəriləcək. Baldenin “Barsa” ilə hazırkı sözləşməsi 2024-cü ilin yayına qədərdir.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan və ötən ildən əsas komandaya cəlb olunan Alexandro Balde hazırda İspaniya millisinin heyətində dünya çempionatında iştirak edir.
0
0