11-ci komandadan “11-lik”
11.05.2023 - 11:36

“Uotford”un yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubunu Valeryen İsmael çalışdıracaq.
Bununla da komanda qeyri-adi göstəriciyə imza atıb. İsmael son 4 ildə “Uotford”un 11-ci baş məşqçisidir. 2019-cu ildən sonrakı dövrdə onadək 10 çalışdırıcı bu vəzifəni tutub.
Qeyd edək ki, “Uotford” Çempionşipi 11-ci yerdə başa vurub.
0
0