11 gündən sonra komandasına qayıtdı
12.09.2023 - 18:00

İtaliyada “Udineze” heyətini gücləndirməyə davam edir.
Apasport.az saytı xəbər verir ki, iyulun 1-də klubdan ayrıldığını açıqlayan Roberto Pereyra yenidən köhnə-yeni komandasına qayıdıb.
32 yaşlı argentinalı futbolçu udinelilərlə 2024-cü ilin iyun ayına kimi müqavilə imzalayıb. A seriyası təmsilçisində 200 matçda 20 qol və 33 məhsuldar ötürməyə sahib olan futbolçu geri döndüyü üçün xoşbəxt olduğunu deyib.
Qeyd edək ki, Pereyra komandaya 2020-ci ildə İngiltərə “Uotford”undan transfer edilib.
- 21 ildən son ən yaşlı debütant - Bonuççi
- Millinin məşqçisi: "Yığmamız səbətlərin ən güclü komandaları ilə eyni qrupa düşüb"
- Uimbildonda qalib bəlli olub
- Dino Ndlovu: "Mən həmişə "Qarabağ"a qayıtmaq istəmişəm" - Müsahibə
- Samir Musayev: “Qarabağ” oyun baxımından Avropanın bəzi komandalarını qabaqlayır"
0
0