15 milyonluq transfer
08.08.2023 - 17:50

“Latsio” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.
Romalılar Qustav İsaksenlə müqavilə imzalayıb. Hücumçu “Midtyulland”dan transfer olunub.
22 yaşlı danimarkalı ilə müqavilə 2028-ci ilədək nəzərdə tutulub. Keçid 15 milyon avroya gerçəkləşib.
Qeyd edək ki, İsaksen ötən mövsümün 45 matçında 22 qol vurub.
0
0