17 milyonluq transfer
26.07.2023 - 19:22

“Fiorentina”nın futbolçusu İqor Julio karyerasını İngiltərədə davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, müdafiəçi “Brayton”a keçib.
Braziliyalı futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. O, “Fiorentina”nın gələn həftə ABŞ-dan qayıtmasından sonra “Brayton”a qoşulacaq. Bu transfer 17+3 milyon avroya gerçəkləşib. İtaliya klubu onun gələcək transferindən də faiz alacaq.
Qeyd edək ki, Julio A seriyasının ötən mövsümündə 27 oyunda iştirak edib.
0
0