18 yaşlı müdafiəçi "Mançester Siti"də
21.01.2025 - 15:29

Premyer Liqa komandalarından "Mançester Siti" yeni transferini açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
Braziliya təmsilçisi "Palmeyras"dan Vitor Reysi rənglərinə bağlayıb. 18 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Vitor Reys 2024-cü ildə "Palmeyras"da 22 oyuna çıxıb, 2 qolla yadda qalıb.
0
0